AZ

Futbolçu dopinqə görə cəzalandırıldı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Ekvador millisinin yarımmüdafiəçisi Oskar Zambranonu antidopinq qaydalarını pozduğuna görə cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi “Hall Siti” klubunun mətbuat xidməti məluma yayıb.

İngiltərə klubunun 20 yaşlı yarımmüdafiəçisi CONMEBOL-un antidopinq reqlamentinin iki maddəsini pozmaqda ittiham olunur. Qərardan CAS-a şikayət verilə bilər. O, növbəti bildirişə qədər oyunlarda iştirak edə bilməyəcək.

"Hall Siti" futbolçunu Ekvador təmsilçisi "LDU Kito"dan icarəyə götürüb. Bu mövsüm o, 8 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
26
publika.az

1Mənbələr