AZ

İrəvandan təklif gəldi – Zəngəzurla bağlı dəyişiklik

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı uzun müddət bir manipulyasiyaya baş vurdu. İrəvan, həmçinin müxtəlif variantlarla bu məsələni ləngitmək və öz maraqlarına uyğun şəkildə bu prosesi həyata keçirməyə çalışdı. Amma Azərbaycanın mövqeyi bəllidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, Zəngəzur dəhlizində təhlükəsiz və maneəsiz keçid həll olunmalıdır:

“Son olaraq Kazanda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan vətəndaşları, avtomobilləri və yükləri üçün sadələşdirilmiş iş rejimini təklif etdi. Bu sadələşdirilmiş iş rejimi deyəndə nəyi nəzərdə tuturlar, onu dəqiq söyləmək hazırda çətindir. Çünki sadələşdirilmiş iş rejiminin müxtəlif variantları var. Bu, birbaşa yoxlamadan keçidin həyata keçirilməsi ilə paralel birgə yoxlama, yaxud sənədlərin əvvəlcədən təqdim olunması, yalnız skaner vasitələrindən istifadə olunması, məsələlərin texniki vasitələrlə çox sürətlə həyata keçirilməsi və sair kimi məsələlər ola bilər.

Bu baxımdan, bu sadələşdirilmiş iş rejiminin tərkibi nədən ibarətdir, onun açılması maraqlı olardı. Amma bütün hallarda, Ermənistanın mövqeyində müəyyən müsbət dəyişiklikləri var. Əgər əvvəllər Ermənistan nəzərdə tuturdu ki, orda hər şey onun nəzarətində olmalıdır, istisnasız bütün yüklər və nəqliyyat vasitələri yoxlamaya məruz qalmalıdır. Azərbaycan isə bunu qəbul etmirdi. Hazırda Ermənistanın mövqeyindəki dəyişiklik əslində, pozitiv dəyişiklikdir. Belə ki, Azərbaycan yükləri və nəqliyyat vasitələri sadələşmiş rejimdə bu ərazidən keçəcək. Bütün hallarda bu, pozitiv sayıla bilər. Sadəcə, həmin iş rejiminin detalları nədən ibarətdir, onun açılması maraqlı olardı”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
19
1
teleqraf.com

2Mənbələr