AZ

Orta Dəhliz layihəsi TDT ölkələrinin infrastruktur inteqrasiyasını gücləndirəcək - Qazaxıstanlı analitik

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasındaəməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib və öz dayanıqlığınıvə uzunmüddətli potensialını nümayiş etdirib.

Bunu Trend-ə müsahibəsindəQazaxıstanlı politoloq və "Talap" Tətbiqi Tədqiqatlar Mərkəzininanalitiki Erik Batırxanov bildirib.

“Son illərdə TDT ölkələri siyasi və mədəni bəyanatların çoxirəliləyərək, iqtisadiyyat və təhlükəsizlik sahələrində inteqrasiyaüçün konkret mexanizmlər və institutlar inkişaf etdiriblər”, -E.Batırxanov vurğulayıb.

Xüsusi diqqət mədəni əlaqələrin gücləndirilməsinə və birgəlayihələrə, o cümlədən infrastruktur və enerji təşəbbüslərinidəstəkləmək üçün Türk İnvestisiya Fondunun yaradılmasınayönəldilib.

2023-cü ildə Qazaxıstanın "Türk Dövrü" (TURKTIME) şüarı altındabaşçılıq etməsi də mühüm rol oynayıb, ənənələr, islahatlar,investisiyalar və enerji kimi prioritetləri müəyyənləşdirərək, TDTölkələrinin həm mədəni, həm də iqtisadi inteqrasiyasınıgücləndirib.

E.Batırxanovun sözlərinə görə, iqtisadi inteqrasiya, nəqliyyatvə infrastruktur, davamlı inkişaf və rəqəmsal transformasiyasahələri əməkdaşlığın dərinləşdirilməsi üçün ən böyük potensialamalikdir.

Asiya və Avropanı birləşdirən Orta Dəhliz layihəsi, logistikaəlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətdaşıyır, həmçinin yaşıl texnologiyalar və bərpa olunan enerjisahəsindəki təşəbbüslər TDT ölkələrinin ekoloji təhlükəsizlik vədavamlı inkişaf sahəsindəki iradələrini göstərir.

"Rəqəmsal inteqrasiyaya xüsusi diqqət yetirilir. Yaxın gələcəkdəkeçiriləcək zirvə görüşündə müzakirə ediləcək rəqəmsal iqtisadiyyatüzrə tərəfdaşlıq sazişi, mallar və xidmətlərin sərbəst hərəkətinitəmin edəcək və kiçik və orta biznes üçün yeni imkanlar yaradacaq",- o qeyd edib.

E.Batırxanovun fikrincə, Bişkekdəki zirvə görüşü, TDT ölkələriarasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün mühümbir hadisə olacaq.

O, TDT zirvə görüşlərinin ortaq problemlərin həlli,strategiyaların işlənməsi və tərəfdaşlıq əlaqələrininmöhkəmləndirilməsi üçün vacib bir platforma olduğunu qeyd edib.

"Zirvə görüşü siyasi sabitliyin gücləndirilməsi baxımından mühümmərhələ olacaq, xüsusən də cari geopolitik vəziyyət nəzərəalındığında. Qazaxıstan, münaqişələrin sülh yolu ilə həlli vədiplomatik səylərin gücləndirilməsi üçün vasitəçi konsepsiyasınıtəklif edib", - o vurğulayıb.

TDT ölkələri üçün əsas çağırışlardan biri qlobal qeyri-sabitlikfonunda iqtisadi təhlükəsizliyin və enerji davamlılığınıngücləndirilməsi ehtiyacı olduğunu bildirib.

"Orta Dəhliz layihəsi, infrastruktur inteqrasiyasınımöhkəmləndirmək və logistika problemlərinin etmək baxımından həllola bilər, bu da region ölkələrinin iqtisadi təhlükəsizliyinigücləndirəcək. Bişkek sammitində nəqliyyat əlaqəsinin YolXəritəsinin imzalanması bu istiqamətdə mühüm addım olacaq", - oqeyd edib.

Analitik əlavə edib ki, Qazaxıstan TDT-də mühüm rol oynayır vəonun Bişkek zirvə görüşündə iştirakı strateji əhəmiyyətdaşıyır.

2023-cü ildə ölkə, enerji, ekoloji və rəqəmsal texnologiyalarsahələrində vacib təşəbbüsləri inkişaf etdirərək, türk dünyasındainteqrasiya və hərəkətlərin koordinasiyasına bağlı olduğunu nümayişetdirib.

E.Batırxanov, Qazaxıstanın davamlı inkişaf sahəsində, o cümlədənTürk Yaşıl Maliyyə Şurasının yaradılması və bərpa olunan enerjimənbələrinin inkişafı ilə bağlı layihələri fəal dəstəklədiyinivurğulayıb.

Eyni zamanda, rəqəmsal inteqrasiyaya böyük əhəmiyyət verilir vəQazaxıstan, “Astana Hub” texnoparkı kimi layihələr vasitəsilətexnoloji infrastrukturunu inkişaf etdirməyə davam edir.

Seçilən
48
az.trend.az

1Mənbələr