İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra 89 nəfər itkin düşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi (CID)məlumat yayıb.
CID-nin məlumatına görə, rəsmi qeydlərdə 89 nəfər itkin düşüb.
Bildirilib ki, qeydə alınmayan itkinlər də ola bilər.
Qeyd edək ki, İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə yüksəlib.