AZ

Makron və Tokayev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstəyini ifadə ediblər

Fransa prezidenti Emmanuel Makron və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev birgə bəyannamə imzalayıblar və orada Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstanın mətbuatı məlumat yayıb.

“Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər”, - deyə vurğulanıb.

Bildirilir ki, prezidentlərin birgə bəyannaməsində tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini də bəyan ediblər.

Qeyd edək ki, Tokayev Makronun dəvəti ilə noyabrın 4-dən 5-dək Fransada dövlət səfərində olub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
54
1
missiya.az

2Mənbələr