Prezident seçkilərindən sonra ABŞ öz hərbi kontingentini İraq və Suriyadan çıxarmaq barədə düşünə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
"Prezidentlik seçkilərindən sonra Birləşmiş Ştatlar qoşunlarını İraq və Suriyadan çıxarmaq barədə düşünə bilər. Onlar İranın təsir dairəsində olan regionda öz hərbi mövcudluğunu istəmirlər. ” – türkiyəli nazir “Türkiyə” qəzetinə bildirib.
Fidanın sözlərinə görə, ABŞ 2025-ci ildə Bağdad hakimiyyətinin nəzarətində olan ərazidən İraqdan, 2026-cı ildə isə Kürdüstandan qoşunların çıxarılması məsələsini müzakirə edir.
Oxuməni.az