“Nə? Harada? Nə vaxt?” intellektual oyunu arzuolunmaz təşkilatlar siyahısına düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Baş Prokurorluğu Beynəlxalq İntellektual Oyunlar Assosiasiyasının “Nə? Harada? Nə vaxt?” intellektual oyununu arzuolunmaz təşkilat kimi tanıyıb.
Assosiasiya bütün dünyada “Breyn Rinq” və “Svoya İqra” kimi məşhur intellektual oyunların 200-ə yaxın iştirakçısını birləşdirir.
Departament iddia edir ki, MAII fəal şəkildə xarici agentləri dəstəkləyir və müharibəni dəstəkləyən rus ziyalılarının oyunlarda iştirakını qadağan edir.
Dövlət Dumasının deputatı Anatoli Vasserman və “Nə? Harada? Nə vaxt?”nın iştirakçısı Maksim Potaşov qara siyahıya salınıb.
Xuraman Etibarlı
İnterpress.az