ABŞ seçkilərində səslərin hesablanması davam edir. Son nəticələrə görə, Donald Tramp öndədir. Trampın qalib gəlmə şansının artması ilə dollar qlobal valyutalar qarşısında möhkəmlənir. Avro böyük dəyər itkisi ilə Türkiyədə 37,02-ə düşüb.
Publika.az xəbər verir ki, dolların digər valyutalar qarşısında gücünü ölçən DXY İndeksi bu gün 1,18% artımla ticarət edir.
Dollar Yaponiya yeninə qarşı 1,24 %, avro qarşısında isə 1,26 % dəyər qazanıb.
Tramp dövrü qlobal ticarət üçün risk hesab edildiyinə görə, qlobal fond bazarları açılış öncəsi ticarətdə böyük enişlər yaşayır. Tramp ABŞ-ı qorumaq üçün Avropa və dünyanın qalan hissəsi ilə ticarətə yeni tariflər tətbiq etməklə hədələyir.