AZ

İqlim dəyişikliyi maliyyə sektoruna 300 milyard dollar ziyan vurub

Dünya Bankının hesablamalarına görə, 2023-cü ildə iqlim dəyişikliyi ilə bağlı risklər qlobal kapital bazarlarına 300 milyard ABŞ dolları zərər vurub.

"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində sığorta sektoru da ciddi təsirinə məruz qalıb: "2021-ci ildə iqlimlə bağlı hadisələrə görə sığorta ödənişləri 120 milyard ABŞ dolları olub".

"İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel (Intergovernmental Panel on Climate Change - IPCC) hesab edir ki, iqlim dəyişikliyinə nəzarət edilməzsə, 2100-cü ilə qədər qlobal ümumi daxili məhsul 3 %-ə qədər azala bilər. Bəzi hesablamalara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi dünya iqtisadiyyatına ildə 2,5 trilyon ABŞ dolları ziyan vuracaq. İqlim dəyişikliyi səbəbindən yaranan səhiyyə problemləri isə 2030-cu ilə qədər dünya iqtisadiyyatına ildə 2-4 milyard ABŞ dolları ziyan vuracaq", - deyə nazirlik rəsmisi əlavə edib.

Seçilən
44
5
operativmedia.az

6Mənbələr