Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp lazımi sayda seçici səsini aldıqdan sonra ABŞ-da siyasi qələbənin baş verdiyini bəyan edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, ABŞ seçkilərindən sonra çıxışında bildirib.
Tədbir zamanı Tramp özünü ABŞ-ın 47-ci prezidenti də adlandırıb.
Bundan əvvəl ölkə Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampın seçilmiş dövlət başçısı olduğunu bildirmişdi.
ABŞ-da prezident seçkilərində səsvermə başa çatıb. Ağ Evin keçmiş rəhbəri Donald Tramp (Respublikaçılar) və hazırkı vitse-prezident Kəmalə Harris (Demokratlar) bu vəzifə üçün mübarizə aparırdılar. Qalib gəlmək üçün onlara 270 seçici səsi lazım idi. Fox News-un məlumatına görə, Tramp artıq 277-dədir.
Bundan əvvəl NBC News Harrisin tərəfdarları arasında "matəm əhval-ruhiyyəsi" olduğunu bildirmişdi.
Miri