AZ

"Harrisin məğlubiyyətinin əsas səbəbi..." - Şahin Cəfərli

"Baydenin uğursuz idarəçiliyi Harrisin məğlubiyyətinin əsas səbəbidir. Xalq mövcud administrasiyanın təmsilçisi və davamçısını yenidən seçmək istəmədi".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

"Harris bir TV proqramında "Sizin Baydendən fərqiniz nə olacaq?" sualına cavab verə bilməmişdi. Bayden namizədliyini geri götürdükdən sonra partiya içərisində yeni namizəd seçimi ilə bağlı rəqabətə imkan vermədi. Pelosi və Obama kimi təcrübəli siyasətçilər bunun yanlış olduğunu söyləmişdilər, amma nəticədə Harrisi dəstəkləməyə məcbur qaldılar", - deyə o qeyd edib.

Kübra, BakuPost



Seçilən
45
2
bakupost.az

3Mənbələr