AZ

BMU tələbələri arasında Zəfər Günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Prometey” klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər turniri keçirilib. 

"Unikal" xəbər verir ki, 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan turnirdə ümumilikdə 22 komanda (hər komandada 6 nəfər olmaqla) iştirak edib. İlk seçim mərhələsində uğurla çıxış edən 8 komanda final turuna vəsiqə qazanıb. 

Final turunda təqdim olunan 24 sual ətrafında komandalar maraqlı bilik yarışı nümayiş etdirib və nəticədə “Juggernaut” 1-ci,  “Without Y” 2-ci, “ChatİBF” isə 3-cü yerləri tutub. 

Turnirin sonunda qalib komanda üzvlərinə THİK tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Seçilən
39
50
unikal.az

10Mənbələr