AZ

ABŞ-nin əksər hissəsində seçki məntəqələri bağlanıb

ABŞ-nin qərb ştatlarında, o cümlədən ölkənin ən çox əhalisi və nümayəndə sayına malik Kaliforniya ştatında da seçki məntəqələri bağlanıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki,  təxminən 40 milyon əhalisi olan Kaliforniyada seçki məntəqələrinin bağlanması ilə ölkədə səsvermə prosesi böyük ölçüdə tamamlanıb.

Əhali sıxlığına görə 54 nümayəndənin olduğu Kaliforniyada 22,8 milyon qeydiyyatdan keçmiş seçici var. 

Məlumata görə, Tramp Kaliforniyada səslərin 34,3 faizini toplayıb.

Alyaska və Havay adalarında isə səsvermə davam edir. Alyaskada Respublikaçı namizəd Donald Trampın 3, Havayda isə demokrat Kamala Harrisin 4 nümayəndə qazanacağı gözlənilir.

Gülşən Şərif

Seçilən
40
2
bakivaxti.az

3Mənbələr