AZ

Əbdülsəməd Əl-Yezidi: Dini Liderlərin Sammiti bütün ölkələrin dəstəyinə layiq platformadır

Dini Liderlərin Qlobal Sammiti bütün ölkələrin dəstəyinə layiq platformadır.

“Far.Az” xəbər verir ki, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Əbdülsəməd Əl-Yezidi Bakıda Dini Liderlərin Qlobal Sammiti çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün möhkəm əməkdaşlıq qurmalıdırlar.

“Sammitdəki müzakirələr zamanı bütün dini konfessiyaların nümayəndələrinin fikirlərini dinlədik. Dünya Dini Liderlər Sammiti kimi platformaları təkcə ekologiyanın qorunması üçün deyil, ümumilikdə gələcəyimiz üçün dəstəkləməliyik. Azərbaycana bu cür vacib mövzunu müzakirə etmək təşəbbüsü yaratdığına və bir araya gəlmək imkanına görə təşəkkür edirik”, - o əlavə edib.

Seçilən
24
far.az

1Mənbələr