AZ

İran Ermənistan-Gürcüstan-Rumıniya dəhlizini işə salmaq üçün bu ölkələrlə görüşmək istəyir

İran Rumıniyanın da qoşulması ilə multimodal nəqliyyat marşrutunun işə salınmasına dair Gürcüstan və Ermənistan ekspertləri ilə üçtərəfli görüş keçirməyi təklif edir.

Söhbət Təbrizin yükdaşıma məntəqəsi kimi çıxış etdiyi İran-Ermənistan-Gürcüstan-Rumıniya dəhlizindən gedir.

Xüsusilə, Fars körfəzi hövzəsi ölkələrindən yüklər Çabahar limanına (İran), oradan Təbrizə (İran), oradan Ermənistana və dəmir yolu ilə Gürcüstana (Poti limanı) - daha sonra Rumıniyaya (Konstansa limanı) çatacaq.

Yeri gəlmişkən, Konstansa (Rumıniya) və Poti (Gürcüstan) arasında bərə reysi 3 iyul 2023-cü il tarixindən fəaliyyət göstərir.

Ülviyyə, Hurriyyet.az

Seçilən
12
hurriyyet.az

1Mənbələr