AZ

İranın təcavüzkar fəaliyyətinin qarşısını almaq əsas vəzifəmizdir - İsrail Katz

Əsas vəzifəmiz İranın təcavüzkar fəaliyyətinin qarşısını almaq və Qəzzadakı israilli girovların qaytarılmasından ibarətdir.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən müdafiə naziri təyin edilən İsrail Katz deyib.

"Məni müdafiə naziri təyin etməklə göstərdiyi etimada görə Baş nazir Netanyahuya təşəkkür edirəm. Düşmənlərimiz üzərində qələbəni gücləndirmək və müharibənin məqsədlərinə nail olmaq üçün birlikdə çalışacağıq. Qəzzada HƏMAS-ın məhv edilməsi, Livanda Hizbullahın məğlubiyyəti, İranın təcavüzkar fəaliyyətinin qarşısını almaq, şimal və cənub sakinlərinin evlərinə qayıdışını təmin etmək əsas vəzifəmizdir”, - deyə o bildirib.

Qeyd edək ki, Netanyahu az öncə müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib və onun yerinə XİN başçısı İsrail Katzı təyin edib. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilib.

visiontv.az



Seçilən
49
6
visiontv.az

10Mənbələr