AZ

Hiperinflyasiya nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hiperinflyasiya həddindən artıq inflyasiya ilə nəticələnən sürətli, yüksək, nəzarətdən kənar ümumi qiymət artımlarını təsvir edən və ölçən bir termindir. İnflyasiya bir iqtisadiyyatda mal və xidmətlərin qiymətlərinin artım tempini ölçür. Hiperinflyasiya isə müəyyən bir müddət ərzində, adətən ayda 50%-dən çox olan idarəolunmaz qiymət artımlarını göstərir.

Hiperinflyasiya inkişaf etmiş iqtisadiyyatlar üçün nadir hadisədir. Tarix boyu Yunanıstan, Macarıstan, Zimbabve kimi ölkələrdə hiperinflyasiya baş verib.

Hiperinflyasiyanın səbəbləri

Bir neçə hal hiperinflyasiyaya səbəb ola bilər. Bunlardan biri həddindən artıq pul tədarüküdür.

Mərkəzi banklar dövriyyədə olan pul kütləsinə nəzarət edirlər. Banklar tənəzzül və ya bu kimi pul kütləsinin artmasına zəmanət verən şəraitdə dövriyyədə olan pulun miqdarını artıra bilər. Bu vəziyyətin arxasındakı məqsəd bankları borc verməyə, istehlakçıları və müəssisələri borc götürməyə və xərcləməyə təşviq etməkdir.

Pul təklifindəki artım iqtisadi artımla dəstəklənmirsə, hiperinflaysiya baş verə bilər. Ölkənin xarici valyutada olan borclarının kəskin artması da hiperinflyasiyaya səbəb ola bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
18
banco.az

1Mənbələr