AZ

İqlim dəyişikliyinin maliyyə sektoruna vurduğu zərərlərin məbləği açıqlanıb

2019-cu ildə dünya üzrə baş verən təbii fəlakətlər (qasırğalar, daşqınlar, quraqlıqlar) iqtisadiyyat üzərində təxminən $146 milyard zərər vurub.

 

"Azərbaycan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna 10 donor-ölkəni cəlb etməyi planlaşdırır"

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti" mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib. 

O öz çıxışında bildirib ki, "Dünya Bankının hesablamalarına əsasən iqlim dəyişikliyinin təsirlərinin 2050-ci ilə qədər qlobal ÜDM-i illik 1.5-5% azalda bilər. İqlim dəyişikliyi 2050-ci ilə qədər dünya iqtisadiyyatına 7.9 trilyon ABŞ dolları zərər vuracaq.

Bundan başqa İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) hesab edir ki, iqlim dəyişikliyinə nəzarət edilməzsə, qlobal ÜDM 2100-cü ilə qədər 3%-ə qədər azala bilər.

Bəzi proqnozlara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi dünya iqtisadiyyatına illik 2,5 trilyon dollar ziyan vuracaq."

Seminarda iqlim dəyişikliklərinin yaratdığı problemlərə toxunan Hüseyn Hüseynov çıxışında bildirib ki, ". Proqnozlara görə iqlim dəyişikliyi səbəbindən yaranan səhiyyə problemləri 2030-cu ilə qədər dünya üzrə ildə təxminən 2-4 milyard ABŞ dolları arasında iqtisadi zərər vuracaq.

Qeyd edək ki, 2023-cü ildə qlobal kapital bazarlarında iqlimlə əlaqəli risklərdən dolayı zərər 300 milyard dollara çatdı.

 İqlim dəyişikliyi nəticəsində sığorta sahəsi də ciddi təsirə məruz qalıb. 2021-ci ildə iqlimlə bağlı hadisələrə görə sığorta ödənişləri təxminən 120 milyard dollar olub."

Seçilən
37
5
fed.az

6Mənbələr