AZ

Məşhur “Baratsson” kursları vergidən yayındığı üçün cərimələnib və lisenziyası ləğv edilib?..

Azərbaycanda insanlara vergi kursları keçməklə məşhur olan “Baratsson” MMC vergidən yayındığı üçün lisenziyasının ləğv olunduğu iddia edlir...

Poliqon-a daxil olan məlumata görə Azərbaycanda peşəkar vergi kursları təşkil edən “Baratsson” MMC vergidən yayındığı üçün cərimələndi ve beynəlxalq lisenziyası əlindən alınıb.

Məlumatda qeyd olunur ki, Azərbaycanda vergi və mühasibatlıq kurları ilə məhşur olan Baratsson kursları vergidən yayındığı üçün cərimələnib və beynəlxalq ACCA mühasibat lisenziyası ləğv olunub.

Bildirilir ki, “Baratsson” MMC icarə müqaviləsini dəyərindən dəfələrlə aşağı qeyd etdiyi, illərdir vergidən yayındığı və eyni zamanda bəzi əməkdaşlarını müqaviləsiz çalışdırdığı Dövlət Vergi Xidmətinin apardığı vergi yoxlamasında aşkarlanıb.

Yoxlama sonrasında yayınılmış vergi məbləği qaytarılmaqla əlavə olaraq 50 000 AZN cərimələndi. Məlumata görə ümumi olaraq 150 000 AZN-ə yaxın məbləğ şirkətdən tutulub və dövlət xəzinəsinə yönləndirilib.

Qeyd edək ki, bu iddialarla bağlı Poliqon “Baratsson” MMC-nin mövqeyini öyrənməyə çalışsa da, bu cəhdimiz uğursuz oldu. Bütün hallarda “Baratsson” MMC-nin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr