AZ

Google Map tıxac olduğunu necə olur ki, dəqiq bilir?

Bəzən vacib bir yerə çatmaq istəyərkən yolda sıxlığa görə gecikmələr yaşaya bilərik.

Qlobal.net bildirir ki, belə hallarda, Google Xəritələr-in ani trafik məlumatları həqiqətən də çox faydalı ola bilər. Bəs Google tıxacı bu qədər detallı və dəqiq şəkildə necə bilir?


2009-dan əvvəl
2009-cu ilə qədər Google tıxac məlumatlarını toplamaq üçün dövlət qurumları və xüsusi şirkətlər tərəfindən quraşdırılmış trafik sensorları və kameralardan istifadə edirdi. Toplanan bu məlumatlar serverlərə göndərilərək analiz edilir və sonra trafik sıxlığı haqqında məlumat xəritələrə işlənirdi. Lakin bu metodun bəzi mühüm çatışmazlıqları vardı.

Əvvəlcə sensorlar yalnız əsas yollarda qurulurdu, bu da alternativ və daha az istifadə olunan yollarda sıxlıq olub-olmadığını öyrənməyi mümkünsüz edirdi. Digər bir çatışmazlıq isə sensorlarla cari avtomobil sıxlığı vəziyyətini anlıq olaraq izləmək mümkün deyildi və yalnız müntəzəm yeniləmələr təmin olunurdu.

2009-cu ildən sonra
2009-cu ildə Google "probka"nı daha sürətli və etibarlı şəkildə yeniləyə bilmək üçün "crowdsourcing" (kütləvi məlumat toplama) adlanan yeni bir üsula keçdi. Crowdsourcing-in iş prinsipi sadədir: Google Xəritələr-dən istifadə edən minlərlə istifadəçi yerlərini anonim olaraq paylaşır. Google bu məlumatları analiz edərək, sıxlıq, sürət və nəqliyyat vasitələrinin sayına görə trafik vəziyyətini yeniləyir.

Anlıq Məlumat Necə Görünür?
Google Xəritələr-də mövqeyiniz açıq olduqda, telefonunuzun mövqeyi avtomatik olaraq Google serverlərinə göndərilir. Eyni yolda hərəkət edən digər istifadəçilərin mövqeləri də bu şəkildə Google-a ötürülür. Məsələn, bir bölgədə çox sayda cihaz yavaş hərəkət edirsə, Google həmin bölgəni sarı rənglə göstərir; tamamilə dayanmışsa, bu sahə qırmızı rənglə işarələnir.

İstifadəçilər istədikləri zaman mövqe paylaşımını söndürə bilərlər. Lakin bu halda, trafik sıxlığı haqqında ani məlumat ala bilməzlər.

Seçilən
26
qlobal.net

1Mənbələr