"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29 tədbirinin Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil. Bu, həm də insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq". Bunu "Olaylar"a açıqlamasında siyasi ekspert, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib: "Qaldı ki, Avropa Komissiyasının sədri Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməsi, bu belə mötəbər tədbir üçün itki olmayacaq. Bu BMT-nin tədbiridir. Dünyanın belə həssas dönəmində, yetərincə iqlim problemlərinin dərinləşdiyi bir məqamda Avropa Komissiyasının sədrinin qərəzli yanaşması, COP29 tədbirinə qatılmaması onun öz problemidir. Digər tərəfdən, xanım Ursula fon der Layenin bəzi siyasi fəaliyyəti ilə bağlı Avropada mənfi fikirlər dolaşmaqdadır. Detallarına varmadan onu qeyd etmək istərdim ki, Avropa Komissiyasının sədrinin belə addımları bizi narahat etməməlidir. COP29 dünyanın ciddi bir probleminə, ekologiyanın qismən də olsa xilasına hesablanmış addımdır ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31