AZ

Rusiya-Ukrayna müharibəsi 24 saata bitəcəkmi?

“ABŞ-da seçkilər bitdi, respublikaçı Donald Tramp qələbəsini bayram edir”
 
Bunu Moderetor.az- a açıqlamasında tanınmış jurnalist Hacıbəy Heydərli bildirib:
 
 
“Trampın qələbəsinin ən əsas predmeti müharibə əleyhinə olması və qeyri-qanuni miqrantlarla bağlı siyasəti oldu. Tramp hər açıqlamasında onun prezident olduğu dönəmdə müharibələrin olmadığını, günahsız heç kimin ölmədiyini deyirdi.
 
İndi də Tramp vəd verib ki, Rusiya - Ukrayna müharibəsini 24 saata bitirəcək, hansı yolla bəlli olmasa da hər kəsə məlumdur ki, Trampla Putinin çox yaxşı münasibətləri var və ən azından atəşkəs üçün bu həlledici məqam ola bilər. 
 
Ümumilikdə isə Trampın qələbəsi müharibələrdən, çaxnaşmalardan yorulan dünya üçün bir nəfəslik olacaq. Ümid edək ki, Trampın hər zaman qürrələnərək dediyi “mənim dövrümdə müharibə olmayıb” tezisi yeni dönəmdə də özünü göstərəcək və dünyaya sülh, barış gələcək”.
Seçilən
22
moderator.az

1Mənbələr