AZ

Azərbaycanda ESG üzrə vahid platformanın gələcək hədəfləri açıqlanıb

Bakı. Trend:

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə vahidplatforma və milli standart üzrə gələcək hədəflərimiz maraqlıtərəflərin fəal iştirakını təmin etmək və onlara qarşılıqlı əlaqəüçün lazımi şərait yaratmaqla platformanı inkişaf etdirməkdir.

Trend xəbər verir ki, bunuAzərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlıinkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG)üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsrolunmuş Konfransda bildirib.

"Xüsusilə ESG üzrə vahid platformanın yaradılmasının və onundavamlı inkişafın təmin edilməsi baxımından vacib rolunun önəminivurğulamaq istərdim. Platformanın qısa müddət ərzində yaradılmasınəzərə alındıqda, iştirak edən tərəflərin belə təsirli nəticələrənail olmaq üçün effektiv əməkdaşlıq qurduqlarını əminliklə söyləməkolar. Bizim növbəti məqsədlərimiz platformanı inkişaf etdirmək,maraqlı tərəflərin fəal iştirakını təmin etmək və onlara qarşılıqlıəlaqə üçün lazımi şərait yaratmaqdır. Biz, platformanın yalnızyerli səviyyədə deyil, qlobal səviyyədə də tanınmasınıhədəfləyirik. Ümid edirik ki, bu təşəbbüs, dövlət və biznesarasında effektiv dialoqun nümunəsi olaraq ilham verəcək və yalnızbizim regionda deyil, daha geniş kontekstdə də müsbətqarşılanacaq", - Vüsal Şıxəliyev bildirib.

Seçilən
39
az.trend.az

1Mənbələr