Demokrat namizəd Kamala Harrisin “memcoin”i 80 faiz ucuzlaşdığı halda, Respublikaçı Donald Trampın “memcoin”i 16 faiz bahalaşıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat ən böyük aqreqator "CoinGecko"nun məlumatlarında əks olunub.
Belə ki, platformanın məlumatına görə, Harrisin "memkoin"i 0,002479 dollara qədər ucuzlaşıb, Trampın "memkoin"i isə 3,97 dollara yüksəlib.
Hazırda seçicilərin namizədlərə verdiyi səslər hesablanır. "Associated Press"in son proqnozuna görə, Tramp artıq 230, Demokrat namizəd isə cəmi 187 səsə malikdir.
Eyni zamanda, "Fox News" kanalının proqnoz hesablamalarına görə, ABŞ-ın hazırkı vitse-prezidenti 211, respublikaçı isə 232 elektoral səs alır.