AZ

ABŞ prezidentliyi yarışında Trampın liderliyi fonunda dollar və Bitcoin bahalaşıb

Dollar son bir ilin ən yüksək həddinə çatıb və 10 illik xəzinədarlıq notunun gəlirliliyi Donald Trampın prezidentlik yarışında liderliyi ələ alması xəbəri ilə 16 baza bəndi artaraq 4,43%-ə çatıb. İnvestorlar onun yüksək tarif siyasətinin inflyasiya və kəsiri artıracağına və faiz dərəcələrini yüksək saxlayacağına inanırlar. 

QHT.az xəbər verir ki, dolların bahalaşması bütün dünyada valyutaları zəiflətdi: avro, yen, Avstraliya dolları və İsveçrə frankı ən azı 1%, Meksika pesosu isə 3% ucuzlaşıb.

Bitcoin Trampın liderliyi fonunda 9% bahalaşaraq rekord səviyyəyə - 74 960 dollara yüksəlib.

 

R.İmanov

Seçilən
38
qht.az

1Mənbələr