AZ

Donald Tramp kimdir? - Xarici siyasəti, şəxsi həyatı və sərvəti haqqında...

Xəbər verdiyimiz kimi, Respublikaçılar partiyasının namizədi, amerikalı biznesmen Donald Tramp ABŞ-nin 47-ci prezidenti seçilib.

Ölkə.Az Tramp haqqında bir sıra faktları təqdim edir:

Ailəsi

Donald Con Tramp 1946-cı ildə Nyu York ştatının Kuins şəhərində doğulub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp ABŞ-yə 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb; onun həyat yoldaşı - Elizabet Kraystdır. 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər.

Ana xətti ilə D. Tramp şotlanddır.

Təhsil və biznesi

1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlib. Tramp diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəldib. 

Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olub. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin “Trump” adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"in aparıcılığını edib.

Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir. O cümlədən, onun müəssisələri altı dəfə iflas edib.

Siyasət

Respublikaçılar Partiyasına mənsub olan  Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində rəqibi demokrat Hillari Klintonu üstələyərək prezident postuna yiyələnib. Onun prezident seçilməsi ölkədə kütləvi etirazlara səbəb olub. 

Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra yeddi müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-yə gəlişinə müvəqqəti qadağa qoyan miqrasiya sərəncamı imzalayıb.

O, 2020 ABŞ prezident seçkilərində 2-ci dönəm üçün təkrar namizəd olur və nəticədə rəqibi Co Baydenə məğlub olaraq, uyğun olaraq 2021-ci ilin 20 yanvarında səlahiyyət müddəti bitir və postu ona ötürüb.

Kapitoliyə hücum

Baydenin prezident seçilməsindən sonra 2021-ci ilin yanvarın 6-da Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binası önündə izdihamlı mitinqə toplaşıb. Mitinq zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Bundan sonra nümayişçilər ABŞ prezidenti seçkilərinin ratifikasiyası keçirilən Konqresin binasına girib və onu bir neçə saatlığa zəbt ediblər.

Etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb. Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi təxliyə edilib. İğtişaşları yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunub. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb.

Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa edib və Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.

Trampa sui-qəsd

Tramp 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.

Xarici siyasəti

Tramp özünü “millətçi”, xarici siyasətini isə “Öncə Amerika” adlandırıb.
ABŞ və onun Avropalı müttəfiqləri arasında gərginlik Trampın dövründə artıb. O, NATO müttəfiqlərini tənqid edib və özəl olaraq dəfələrlə ABŞ-ın NATO-dan çıxmasını təklif edib.

Rusiya: Tramp administrasiyası Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra ABŞ-ın Rusiya qurumlarına qarşı tətbiq etdiyi ən sərt sanksiyaları zəiflədib. Tramp Rusiya prezidenti Vladimir Putini dəfələrlə tərifləyib və nadir hallarda tənqid edib, lakin Rusiya hökumətinin bəzi hərəkətlərinə qarşı çıxıb.

Çin: Tramp dəfələrlə Çini ABŞ-dan ədalətsiz istifadə etməkdə ittiham edib. O, Çinə qarşı geniş şəkildə uğursuzluq kimi səciyyələndirilən ticarət müharibəsi başladıb, Huawei-ni İranla iddia edilən əlaqələrə görə sanksiyaya məruz qoyub, çinli tələbələr və alimlər üçün viza məhdudiyyətlərini əhəmiyyətli dərəcədə artırıb və Çini “valyuta manipulyatoru” kimi təsnif edib.
2020-ci ilin iyul ayında Tramp administrasiyası ölkənin bir milyondan çox uyğur azlığının saxlanıldığı genişlənmiş kütləvi həbs düşərgələrinə cavab olaraq yüksək çinli məmurlara qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq etdi.

Şimali Koreya: 2017-ci ildə Şimali Koreyanın nüvə silahlarının getdikcə daha çox ciddi təhlükə kimi göründüyü bir vaxtda Tramp Şimali Koreyanın təcavüzünün “dünyanın heç vaxt görmədiyi atəş və qəzəblə” qarşılanacağı barədə xəbərdarlıq edib. 
2017-ci ildə Tramp Şimali Koreyanın “tam nüvəsizləşdirilməsini” istədiyini bəyan edib və lider Kim Çen İni təhqir edib. Bu gərginlik dövründən sonra Tramp və Kim ən azı 27 məktub mübadiləsi aparıblar ki, burada iki şəxs şəxsi dostluqdan bəhs ediblər. 2019-cu ilin martında Tramp Xəzinədarlıq Departamentinin tövsiyələrinə baxmayaraq Şimali Koreyaya qarşı ABŞ sanksiyalarının bir qismini ləğv edib.
Tamp şimali koreya lideri ilə görüşən ilk ABŞ prezidentidir və onlar arasında 3 dəfə görüş olub. 

İsrail: Tramp İsrailin baş naziri Binyamin Netanyahunun bir çox siyasətini dəstəkləyib. Trampın dövründə ABŞ Qüdsü İsrailin paytaxtı və İsrailin Qolan Təpələri üzərindəki suverenliyini tanıdı və bu, BMT Baş Assambleyası, Avropa Birliyi və Ərəb Liqası da daxil olmaqla beynəlxalq qınaqlara səbəb olub.

İran: Tramp ABŞ-ı İranın nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində İrana qarşı iqtisadi sanksiyaların əksəriyyətini ləğv edən 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından çıxarıb.

2020-ci il yanvarında ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürülüb. Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. 

Şəxsi həyatı

D. Tramp ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 5 olmaqla 3 oğlan 2 qız övladı var. Tramp ilk olaraq çexiyalı model İvana Zelniçkova ilə evlənib.1992-ci ildə boşanmalarına baxmayaraq yaxın əlaqələri uzun müddət davam edib. 1997-ci ildə aktrisa Marla Mapleslə evlənib. 2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırıb. Bu evlilikdən Tiffani adında bir qızları olub. 3-cü evliliyini sloveniyalı model Melaniya Trampla olub.

Bu ilin oktyabrına olan məlumta görə, D.Trampın sərvəti təxminən 8 milyard dollardır.

Billurə


 

Seçilən
28
2
olke.az

3Mənbələr