Ermənistanda fırıldaqçılar dəstəsi elektriklə işləyən avtomobillərin alıcılarını yarım milyon dollar məbləğində soyub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, dəstə Haykaz adlı bir şəxsin rəhbərlik etdiyi “BM motors YVN” şirkətinin adı altında fəaliyyət göstərib.
Şirkətlə müqavilə bağlayan vətəndaşlara iki ay ərzində Çindən sərfəli qiymətə elektrik avtomobilləri gətiriləcəyi vəd edilib. Lakin bir nəfər də olsun maşın almayıb.
Həmin şirkətin İrəvanda Maştots 1 küçəsindəki ofisinin qapıları qıfıllıdır. Fırıldaqçıların qaçdığı bildirilir.
Musavat.com