AZ

Dini Liderlərin Qlobal Bakı Sammiti COP29 iştirakçılarına müraciət ünvanlayıblar

Bakı. Trend:

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Bakıdakeçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarıCOP29 iştirakçılarına müraciət ünvanlayıblar.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Biz, COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərindəBakı şəhərində “Dünya Dinləri Yaşıl Planet uğrunda” şüarı altındakeçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının — COP 29-un Təşkilat Komitəsini vəzirvə iştirakçılarını səmimiyyətlə salamlayır, xeyir-dualarımızıyetirir, ali tədbirin işinə Uca Yaradandan uğurlar diləyirik.

Dini Liderlərin Qlobal Sammitinə Azərbaycan RespublikasınınPrezidenti Zati-aliləri İlham Əliyev cənablarının himayədarlığı,özəl diqqəti və iştirakçılara dərin məzmunlu müraciəti tədbirimizəverilən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqınınvə dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilinPrezident İlham Əliyev cənabları tərəfindən Azərbaycanda “Yaşıldünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyinaminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimialqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi,bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahidüzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimidəyərləndiririk.

Biz, dini liderlər əminik ki, insanın mənəvi baxımdan islahına,mənən sağlamlaşdırılmasına böyük ehtiyac vardır. İnsanlarınqəlblərində təbiətə, bütün yaradılmışlara hörmət, qayğı hissiniaşılamadan, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi fikrinitəlqin etmədən bu sahədə uğur qazanmaq çox çətindir. Bütün ənənəvidünya dinləri ətraf mühitə mərhəmət, ehtiram ruhunu təşviq edir vəəks təqdirdə yaşanacaq fəlakətli imtahanlardan xəbərdar edir. Biz,dini liderlər hər zaman moizə və xitablarımızda insana təbiətin birparçası, ekosistemin bir zərrəsi olduğunu xatırladır, təlqin edirikki, bəşəriyyətin mövcudluğunu təmin etmək üçün ən mühüm məqamYaradanın hökmlərinə uyğun, ətraf mühitlə mənəvi harmoniyadayaşamaq, ilahi nizama riayət etməkdir. Əminik ki, hər kəs özxitabət kürsüsündən yararlanaraq ümumi işə öz töhfəsini verməli,təhsildə, təlimdə, ibadətdə bütün səy və fəaliyyətlərimizin amalıbu həqiqətləri beyinlərdə və qəlblərdə bərqərar etməkolmalıdır.

Dini Liderlər olaraq biz, öncəki COP 28 Sammitində dünyada hökmsürən ekoloji böhranların və təhdidlərin aradan qaldırılmasısahəsində beynəlxalq səviyyədə konkret fəaliyyət planını vəproqramlarını dəstəkləmiş, qlobal iqlim böhranının aradanqaldırılması üçün müvafiq direktivlərin icrası prosesində fəaliştirak etməyə hazır olduğumuzu bildirmişik. Ümidvarıq ki,Azərbaycanda keçirilən COP 29, həmçinin, dünyada sülhə, qlobalatəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaqdır.Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və onaöz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığıtarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı vədağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşudövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterlidağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalındatəbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarınıaradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıliqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekolojitarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük.Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin,urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnəkmodelini bütün dünyaya nümayiş etdirir.

Biz, dini liderlər əminik ki, ətraf mühit və iqlim dəyişikliyiilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimaivə dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqungücləndirilməsi olduqca vacibdir. COP 29 tədbirində probleminsiyasi, iqtisadi səbəbləri müzakirə edilərkən mühüm məqam olanmənəvi, dini-əxlaqi aspektin diqqətdə saxlanılmasını tövsiyəedirik. Bəşərin mənafeləri naminə din xadimlərinin səylərinin ümumisəylərlə birləşdirilməsini vacib hesab edirik və bu əməkdaşlıq COPtədbirlərinin inklüzivlik çağırışına tam uyğundur. Bu məramla,BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransı nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan MəşvərətŞurasının yaradılmasını tövsiyə edir və bu təkliflə çıxış edirik.Bu Şura COP sessiyaları arası müddətdə problemə dair əsaslı təklifvə əməli təcrübələrə, ətraf mühitə, təbiətə yanaşmada ekoloji etikaanlayışlarına əsaslanan ictimai əhəmiyyətli səmərəli layihələrhəyata keçirər, dini dəyərlərə istinadən maarifləndirici ədəbiyyat,dərs vəsaitləri, dini moizələr toplusu hazırlayar, iqlimproblemlərinin həllinin ideoloji bazasını möhkəmlətməklə ümumihədəfə doğru nailiyyətlərimizi artırar. COP 29 Bakı tədbirindətəklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq diniliderlər platformasına təşkilati, maddi və mənəvi baxımdanhərtərəfli dəstək göstərilməsini istərdik. COP sessiyalarına sədrölkələr - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanınhəmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COPilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təminedilməsi COP tədbirləri adına böyük nailiyyət, real töhfə olabilər.

Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatınınqorunması, bütün yaradılmışların və Yer üzünün xilası – qanunların,mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bu cəhətdən,Birləmiş Millətlər Təşkilatının əlaqələndirici rolunun artırılmasızəruridir. BMT İqlim Dəyişikliyi Konfransının qarşıdakı zirvəgörüşünə xeyir-dua verir, uğurlar arzulayırıq. Bir daha Azərbaycandövlətinə təşəkkürlərimizi bildirir, dəyərli tədbirintəşkilatçılarına və iştirakçılarına nəcib fəaliyyət və səylərindəuğurlar diləyirik. Uca Yaradan bütün xoş məramlarımıza rəvacversin, Yer üzünü və bəşəriyyəti hifz etsin! AMİN!".

Seçilən
32
24
az.trend.az

10Mənbələr