AZ

Şöbə müdiri: "Azərbaycan karbon vergisinin və ETS sisteminin tətbiqi üzrə araşdırma aparır"

Azərbaycan karbon vergisinin və ETS sisteminin tətbiqi üzrə araşdırma mərhələsindədir. 

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov "Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti" mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib.

 "Karbon vergisinin və yaxud ETS sisteminin tətbiqində suallar var. Qonşu ölkələrdən Qazaxıstanı götürüm, Qazaxıstan uzun bir yol keçdikdən sonra ETS sistemini tətbiq etdi ama uğurlu olmadı. 2025-ci ildən Türkiyədə ETS sisteminin tətbiqi pilot layihə kimi planlaşdırılır. Mexanizmlər kifayət qədər genişdir və hansı mexanizmin tətbiq olunması sual yaradır.

Azərbaycanda karbon vergisi və ya ETS tətbiq edilməsə də yüksək karbon emissiyalı (neft-qaz və digər) sahələr üzrə bir sıra vergilər (aksiz, mədən, yol vergisi) tətbiq edilir, o cümlədən aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları, elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, investisiya təşviqi sənədi və s. mövcuddur

Seçilən
46
fed.az

1Mənbələr