"Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" nəqliyyat və xüsusi texnikaların satın alınmasına 3.043.840,2 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "AZ-TEX-IMPORT" MMC-dir.
Tenderin qalibi 2017-ci ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 226010.00 AZN-dir.
Hazırda Qarabağda yenidənqurma və bərpa işləri davam edir.
2026-ci ilə qədər Qarabağa 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Aytac
www.anews.az