AZ

Səccad Sadiqi telefon zənglərinə cavab vermədiyi üçün kəşfiyyat şöbəsinin agentləri tərəfindən hədələnib

Təbriz ETTELAAT idarəsinin agentləri Azərbaycan Milli Hərəkatının fəalı Səccad Sadiqi hədələyərək telefon zənglərinə cavab verməsə, onunla "şiddətli" davranacaqlarını deyiblər.

Günaz TV-yə məlumatlı mənbə bildirib ki, “Səcad Sadiqi bir neçə gün əvvəl Təbriz ETTELAAT İdarəsinə çağırılıb, lakin o, ora getməkdən imtina edib. Bundan sonra məmurlar son iki gündə onun mobil telefonuna bir neçə dəfə zəng etsə də, o, bu zənglərə cavab verməyib. 

Nəhayət, dünən cənab Sadiqi zabitlərin zənglərindən birinə cavab verib. Bu zaman ona bildirilib ki, zənglərə cavab verməsə, onunla daha “şiddətli” davranacaqlarını deyiblər.

Qeyd edək ki, Səccad Sadiqi bundan qabaq da dinc fəaliyyətinə görə dəfələrlə həbs olunub.

visiontv.az



Seçilən
33
1
visiontv.az

2Mənbələr