Bakı. Trend:
Məlum olduğu kimi dünya əhəmiyyətli, beynəlxalq layihə olanCOP29-un başlamasına sayılı günlər qalıb. COP29-un Dayanıqlıİnkişaf tərəfdaşı olan “Azərsun Holdinq”in hazırlıqları dayekunlaşmaq üzrədir.
Mavi zonada “Azerçay” markası ilə təmsil olunan şirkətlər qrupuhəmçinin layihənin əsas çay təminatçısıdır. Eyni zamanda Yaşılzonada 300 kv metrlik ərazini əhatə edən pavilyona sahibdir.Vurğulamaq lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcəkqlobal konfrans çərçivəsində şirkətlər qrupunun pavilyonundamüxtəlif tədbirlər keçiriləcək. Hazırlıq işləri ilə tanış olmaq,görülən işləri nəzərdən keçirmək üçün holdinqin nümayəndələri vətərəfdaşları Sustainera Solutions şirkətinin və Media Balansagentliyinin rəhbərləri pavilyona baş çəkiblər.
Qeyd edək kİ, “Azərsun Holdinq” öncəki illərdə də ölkəmizdətəşkil olunan bir çox qlobal layihələrin əsas tərəfdaşı qismindəçıxış edib və hər kəsi Yaşıl zonada yerləşən pavilyonu ziyarətetməyə dəvət edir.