Donald Tramp qələbəsini elan etdi -
Xəbər verdiyimiz kimi, ABŞ-nın 60-cı prezident seçkilərində üstün görünən Donald Tramp Floridadakı "Palm Beach"də tərəfdarlarına xitab edib. Metbuat.az-ın məlumatına görə, Tramp çıxışında qələbəsini elan edib. O, seçkidə tarix yazıldığını bildirib.Həmin çıxışdan sitatları təqdim edirik:"Bu möhtəşəm hərəkatın içində minlərlə dostumuz var. Bu seçkidə tarix yazıldı. Bu, bütün tarixin ən böyük siyasi hərəkatı idi. Ölkəmizi yenidən dirçəldəcəyik.Köməyə ehtiyacı olan bir ölkəmiz var. Sərhədlərimizi bərpa edəcəyik.47-ci prezidentinizi seçdiyiniz üçün təşəkkür edirəm. Hər nəfəsimlə, hər gün sizin üçün mübarizə aparacağam.Amerikanın qızıl dövrü olacaq. Amerikanı yenidən böyük etməyimizə yol açacaq bu zəfərdir. Bu, həyatımın ən vacib anlarından biridir deyəcəksiniz.Amerika bizə misli görünməmiş və güclü bir vəzifə verdi və Senatın nəzarətini geri aldıq. Görünür ki, Nümayəndələr Palatasında da nəzarəti əlimizdə saxlayacağıq.Gözəl həyat yoldaşım Melaniyaya təşəkkür etmək istəyirəm. İnsanlara kömək etmək üçün çox çalışır.Artıq vitse-prezidentimiz kimi təqdim edə bilərəm: J.D. Vance əsl döyüşçüdür. O, qarşı düşərgəyə gedir. Bəzi kanallardan bəhs edirəm. O kanallara çıxıb çətin suallar verən jurnalistləri darmadağın etdi.""Sərhədləri bağlamalıyıq""Həqiqətən xüsusi işlər görəcəyik. Dünyanın ən böyük ölkəsi olma potensialımızı geri qaytarmalıyıq. Sərhədləri bağlamalı və ölkəmizə girişi dayandırmalıyıq. Onların ölkəmizə qanuni olaraq girməsi lazımdır.Yeni bir ulduzumuz var: Elon. O, möhtəşəmdir. Birlikdə mitinqlər keçirdik. Raketi gördüm, saatda 10 min mil sürətlə gəlirdi. 'Boyası nə oldu' dedim. 'Bu sürətə davam gətirəcək boya yoxdur' dedi. Bunu yalnız Elon edə bilərdi."Dahi insanlarımızı qorumaq lazımdır."Vergiləri azaldacayıq""Gedişatı tərsinə çevirəcəyik. Bu gün, Amerika xalqının ölkələrinin idarəsini geri aldığı gün kimi xatırlanacaq.Borcları bağlayacağıq, vergiləri azaldacağıq.Çinin əlində bizimkilər yoxdur. Ən vacibi, ən böyük xalq bizdədir.Müharibə istəmirik. 4 il ərzində DAEŞ-i məhv etməklə yanaşı başqa bir müharibəyə girmədik. 'Məndən müharibə istəyirlər' amma mən müharibələri bitirmək istəyirəm. Güclü bir ordu istəyirik.Verdiyimiz bütün sözləri yerinə yetirəcəyik. Amerikanı güclü və rifahlı saxlayacağam. Son 4 ildə yaranan bölünmüşlüyü arxada qoymalıyıq".Trampın köməkçisi J.D. Vance isə deyib:"ABŞ siyasi tarixinin ən böyük geri dönüşünə imza atdıq. Tarixin ən böyük iqtisadi geri dönüşünü də Trampın liderliyində edəcəyik".