Minlərlə miqrant daha yaxşı və təhlükəsiz həyat ümidi ilə ABŞ sərhədinə doğru irəliləyir. Minlərlə miqrant Qvatemala sərhədindəki Tapaçula şəhərindən Meksikanın şimalına Amerika sərhədinə doğru gedib, seçkilərin nəticələri elan olunmazdan əvvəl ABŞ-a çatmaq şansından yararlanmağa cəhd edib.
Xatırladaq ki, bir gün əvvəl prezidentliyə namizəd Tramp “Amerika tarixində ən böyük deportasiya əməliyyatı” həyata keçirəcəyini vəd etmişdi. Təxminlərə görə, hazırda ABŞ-Meksika sərhəddində o tərəfə keçmək istəyən 40 min miqrant var.
Ülviyyə, Hurriyyet.az