“Ümid edirik ki, Azərbaycanın şəhidlər verməklə əldə etdiyi tarixi nailiyyətlər sülh sazişinin imzalanması ilə möhkəmlənəcək”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən 11-ci zirvə toplantısında çıxış edərkən deyib.
O, bildirib ki, təşkilatımızın bugünkü zirvə toplantısında Şimali Kiprin fəxri qonaq qismində olması bizim həmrəylik iradəmizin təzahürüdür:
“Onların tezliklə təşkilata tam üzv olacağını gözləyirik. Türk dünyası Kiprdə ədalətli həll üçün məsuliyyət daşıyır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az