AZ

İran sərhədində Tacikistan və Əfqanıstandan olan kamikadzelər MƏHV EDİLDİ

İran sərhədində terroristlər öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İran Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Muhamad Pokpur məlumat verib. O, Sistan və Bəlucistan əyalətinin sərhədyanı bölgələrində terrorçuların məhv edilməsi barədə məlumatı təsdiqləyib.

İran sərhədində Tacikistan və Əfqanıstandan olan kamikadzelər məhv edilib. Ümumilikdə 18-ə yaxın vəhhabi öldürülüb.

Onun sözlərinə görə, öldürülən silahlılar Əfqanıstan və Tacikistan vətəndaşları olub.

“Bizim dəqiq məlumatımız var ki, regionda sabitliyi pozmaq üçün terror aktları planlaşdırılıb. Bu şəxslər yanacaq daşıyan sürücü adı altında İran ərazisinə daxil olublar”, – Pokpur bildirib.

Bundan əvvəl İran mediası ötən ayın cəmi 10 günü ərzində İran ərazisinə daxil olmaq istəyən 27 sürücünün həlak olduğunu, daha 18-nin isə yaralandığını bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr