AZ

Uşaqlardakı UNUTQANLIQ PROBLEMİ: Valideyn nəzarətsizliyi, yoxsa?

“Son illərdə texnikanın bu qədər inkişafı, uşaqların telefona olan meylli və digər amillər onlarda yaddaşsızlıq kimi problemlərə səbəb olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Aynur İsmayılova deyib.

O, texnologiyanın inkişafı fonunda uşaqlarda yaranan asılılıqlar və yaddaşsızlıq problemlərindən söz açıb.

Onun sözlərinə görə, bu kimi halların səbəbkarı valideynlərdir:

“Hər bir uşaq körpə yaşlarında valideyn əlində telefon gördükdə, bunu önəmli hesab edir və onun da texnologiyaya olan istəyi artır. Təbii ki, valideynlər də təşvişə düşmədən uşaqlara bu telefonlardan istifadə etməyə icazə verir. Daha sonra uşaqlarda yaddaşsızlıq, göz zəifləməsi, dalğınlıqlar baş verir. Bu səbəbdən, uşaqlar məktəblərdə müəllimin verdiyi tapşırıqları yerinə yetirə bilmədikdə, unutqanlıqlar baş verdikdə, valideynlərinin və ətrafındakıların qınaq obyektinə çevrilirlər”.

A. İsmayılova bu kimi problemlərin həllini də valideynlərdə görür:

“Belə problemlərin həlli üçün mütləqdir ki, valideynlər övladları ilə səmərəli vaxt keçirməli, telefon və bəzi texnologiyalardan istifadə müddətini azaltmalı, dərslərinə maraq yaradan proseslərdən istifadə etməli və onların psixologiyasına mənfi təsir edə biləcək ifadələrdən kənar durmalıdırlar. Çünki bu hallar sonradan uşaqlarda ciddi psixoloji dəyişikliklərə səbəb ola bilər. Ümumiyyətlə, valideynlər bu kimi hallarla bağlı tədbir gördükdə, öz keçmiş uşaqlıq illərinə də nəzər yetirməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

Seçilən
8
yenicag.az

1Mənbələr