AZ

Siyasətçi Polşa diplomatını Varşavanı Moskva ilə müharibəyə sövq etdiyinə görə qınadı - ÖZƏL

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna üzərindən raketlərin vurulması zərurəti ilə bağlı bəyanatlar verməklə ölkəni Rusiya ilə silahlı münaqişəyə sövq edir.

Olaylar.az   xəbər verir ki, Polşa Konfederasiyasının ifrat sağçılar alyansının lideri və aşağı palatanın marşal müavini Kşiştof Bosak bildirib.

"Biz Rusiya ilə müharibəyə hazır deyilik", - o qeyd edib. "Hesab edirəm ki, nazir Sikorski, Polşanın Ukrayna üzərindəki Rusiya silahlarına qarşı birbaşa olaraq öz silahlarından istifadə etmək istədiyi barədə açıq bəyanatlar verərkən həddən artıq irəliləyir. Bu, müharibədən başqa bir şey demək deyil", - siyasətçi qeyd edib. 

"Biz Ukraynadakı müharibəyə qoşulmaq istəmirik, müharibənin daha da genişlənməsini və Polşaya təsir etməsini istəmirik" - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr