Bakı. Trend:
Azərbaycan ESG standartlarının tətbiqində düzgün yoldadır.
Trend xəbər verir ki, bunuBeynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regionaleksperti Boris Cancaliya "Azərbaycanın dayanıqlı inkişafı naminə:Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahidplatformanın və milli standartın təqdimatı"na həsr olunmuşKonfransda bildirib.
"Azərbaycan ESG standartlarının tətbiqi məsələlərində düzgün yoltutur. Ətraf mühit, sosial və korporativ idarəetmə hələ də bir çoxölkələr üçün, xüsusən də inkişaf etməkdə olan ölkələrin əlavəçətinliklərlə üzləşdiyi bölgəmizdə problem yaradır. Ancaq hər şeyidüzgün etmək imkanlarımız da var. Azərbaycandakı ESG üzrə VahidPlatforma kimi platformalar mühüm rol oynayır - onlar təhsil vəpotensialın inkişafını təşviq edir və resurslara açıq giriş təminedir. Bəzən lazımi informasiyanı əldə edə bilmirik. Belətəşəbbüslər ESG məlumatlarına giriş təmin edir və bu günkü kimiforumlarda fikirlərin mübadiləsini dəstəkləyir. Bu, həqiqətən vacibbir təşəbbüsdür, çünki maariflənmə və potensialın artırılması,məncə, hər hansı bir konsepsiyanın irəliləməsi üçün əsasdır. Bu işədəstək olan hər kəsə təşəkkür edirəm", - ekspert bildirib.