AZ

İqlim dəyişmələri ilə mübarizə istiqamətində ölkəmizdə sistemli, planlı və düşünülmüş tədbirlər həyata keçirilir - Elçin Babayev

Bakı. Trend:

Yaşıl iqtisadiyyatın şaxələndirilməsi, iqlim dəyişmələri iləmübarizə istiqamətində ölkəmizdə məhz sistemli, planlı vədüşünülmüş tədbirlər həyata keçirilir.

Trend xəbərverir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev"İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşıinformasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusundakeçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu gün Azərbaycan COP29 konfransının ən yüksəksəviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib.

"Təsadüfi deyil ki, 2024-cü il cənab Prezident İlham Əliyevtərəfindən ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elanedilib. Lakin Azərbaycanın əldə etdiyi nailiyyətlər bəzi bədxahqonşularımızı və onların havadarlarını narahat edir. BMT-nin hərkəsə məlum olan 4 qətnaməsinin beynəlxalq təşkilatların deyil,Azərbaycanın özünün təkbaşına icra etməsi bədnam qonşularımızı vəonların havadarlarını narahat edir. Bunun nəticəsidir ki,beynəlxalq hüquq prizmasından heç bir təsir edə bilməyən budairələr ölkəmizə qarşı məhz informasiya hücumlarına,dezinformasiyalar yaymağa başlayırlar. Xüsusilə COP29 ərəfəsindəaktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar,təhdidlər, hətta belə desək, çirkin kompaniyalar bizim qarşımızdaduran hədəflərdən yayındırmaq və ölkəmizin artan nüfuzuna kölgəsalmaq məqsədi daşıyır", - deyə E. Babayev vurğulayıb.

Seçilən
15
1
az.trend.az

2Mənbələr