AZ

Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa çağırıb

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Ersin Tatar deyib ki,

Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. Ersin Tatar ŞKTC-nin dəniz və hava limanlarının Türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında Türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”.

Ersin Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

"Cebheinfo.az"

Seçilən
41
5
cebheinfo.az

6Mənbələr