AZ

Kurtlar Vadisinin Güllüsü Azərbaycanda yaşayırmış - VİDEO

Kurtlar Vadisinin Güllüsü Azərbaycanda yaşayırmış - VİDEO"Kurtlar Vadisi" serialında canlandırdığı "Güllü Erhan" obrazı ilə adından söz etdirən aktyor Erhan Ufak uzun müddətdir ki, ekranlardan uzaqlarda sakit həyat sürür.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, artıq çəkisindən xilas olmaq üçün 2017-ci ildə qol mədə əməliyyatı keçirən Güllü Erhan 55 kilo arıqlayaraq tamam fərqli görünüş qazanıb. Güllü Erhan 140 kilodan 85 kiloya düşüb.

Kurtlar Vadisindən sonra heç yerdə görünməyən Erhan Ufakın uzun müddətdir Azərbaycanda yaşadığı və burada Türk sənət akademiyası qurduğu üzə çıxıb.

Vüsalə İbrahimli

Seçilən
34
sonxeber.az

1Mənbələr