AZ

Müharibədə döyüşmüş Ermənistan vətəndaşı hava limanında saxlanıldı

DXR, LXR və Xerson vilayətində Ukrayna silahlı qüvvələri ilə döyüşmüş Ermənistan vətəndaşı "Domodedovo" hava limanında saxlanılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. 

"Ukraynanın hərbi əməliyyatlarında muzdlu kimi iştirak etmiş Ermənistan vətəndaşı həbs edilib", - məlumatda deyilir.

İstintaqın məlumatına görə, 2022-ci ilin noyabrında Ermənistan vətəndaşı Armen Balyan Moldova ilə sərhəddən keçərək Ukraynaya gedib və burada 2023-cü ilin dekabr ayına qədər müdafiə hissələrinin tərkibində Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson vilayətində gedən döyüşlərdə iştirak edib. 

Vurğulanır ki, 2024-cü ilin avqustunda Balyana qiyabi ittiham irəli sürülüb və onun barəsində axtarış elan edilib.

Seçilən
6
1
oxu24.com

2Mənbələr