Bakı. Trend:
Qusar şəhərində sel sularından mühafizə məqsədilə Qusarçaydadaş-beton bəndinin təmiri işləri aparılacaq.
Trend dövlətsatınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,bununla bağlı Qusar Suvarma Sistemləri İdarəsi hazırlıqlarabaşlayıb.
Belə ki, Qusarçayın sol sahilində Qusar şəhərini mühafizə edəndaş-beton bəndinin (L=61.28 pm) cari təmiri işləri həyatakeçiriləcək.
Qurum sözügedən işlərin icrasını “CTC Servis” MMC-yə həvalə edibvə onunla dəyəri 67.033,42 AZN (67 min 33 manat42 qəpik) müqaviləbağlayıb.
Qeyd edək ki, Qusarçay Qusar Quba, və Xaçmaz rayonlarıərazisindən axıb Xəzər dənizinə tökülür. Çayın üzərində Qusar,Xuray, Ənik və Güzün Hibrid Elektrik Stansiyaları (HES)tikilib.