AZ

ABŞ-də 30 min səs yenidən hesablanacaq

ABŞ prezident seçkilərində səsvermənin sona yaxınlaşdığı bir vaxtda kritik əyalətlərdən biri olan Viskonsin ştatının Milvaukee şəhərində 30 min səs yenidən sayılacaq.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Milvaukee şəhər sözçüsü Jeff Fleming açıqlama verib.

O, açıqlamasında səsləri sayan maşınlarda yaranan problemə görə ehtiyat tədbiri olaraq təxminən 30 min səsin yenidən hesablanacağını bildirib.

Sözügedən maşınların qapaqlarının tam bağlanmadığını anladıqdan sonra bu qərara gəldiklərini qeyd edən Fleminqə görə, seçki təhlükəsizliyi ilə bağlı hər hansı bir şübhənin yaranmaması üçün müvafiq səsləri yenidən sayılması nəzərdə tutulub.

Gülşən Şərif

Seçilən
6
bakivaxti.az

1Mənbələr