(®) Dünyanın ən böyük duzsuzlaşdırılmış su təchizatçısı, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə lider olan “ACWA Power” şirkəti COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı oldu.
COP29 tədbiri zamanı “ACWA Power” şirkəti davamlı enerji və su həllərinə dair ciddi ehtiyac barədə məlumatlılığı artırmaq məqsədilə öz platformasından istifadə edəcək. Şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikal platformadan yararlanmaqdır. Dialoq və ideya mübadiləsi vasitəsilə “ACWA Power” COP29-un rəsmi tərəfdaşları ilə birlikdə enerji keçidində irəliləyiş əldə etməyi və öz davamlılıq təşəbbüslərini nümayiş etdirmək fürsətindən istifadə etməyi planlaşdırır.
COP29-un tərəfdaşı olduğunu elan edən “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli bildirib ki, COP29 enerji keçidinə doğru addım atan hər kəsə bərpa olunan enerji və su təhlükəsizliyi həllərini genişləndirmək üçün zəruri olan mütərəqqi siyasətləri müdafiə etmək imkanı verir: “COP29-a qatılmaqla "ACWA Power" qlobal tərəfdaşlıqlarını gücləndirir, yalnız bərpa olunan enerji sahəsində deyil, həm də hər kəs üçün davamlı və ədalətli bir gələcək yaratmaqda lider olaraq mövqe qazanır”.
“ACWA Power” şirkəti qarşısına 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq kimi iddialı məqsədlər qoyub. Şirkət həmçinin növbəti beş il ərzində enerji tutumunun 85%-ni bərpa olunan mənbələri əlavə etməyi planlaşdırır. “NEOM Yaşıl Hidrogen Layihəsi” kimi aparıcı layihələr “ACWA Power”-in iqlim dəyişmələri ilə mübarizə aparan şirkət olduğunu göstərməklə yanaşı, həmçinin qlobal miqyasda iqtisadi artım imkanları yaradan innovativ həllər təklif edən şirkət olduğunun göstəricisidir,”- deyə Marko Arçelli əlavə edib .
Qeyd edək ki, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılan “ACWA Power” şirkətinin hal-hazırda 4000-dən çox işçisi vardır. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfoliosu 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon m³ duzsuz su hasil edə bilir.
“ACWA Power” şirkəti haqqında
2004-cü ildə Səudiyyə Ərəbistanında dövlət qeydiyyatına alınmış “ACWA Power” (TADAWUL:2082) şirkəti duzsuzlaşdırılmış su təchizatçısı üzrə dünyanın ön böyük özəl şirkətidir, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 4000-dən çox içisi olan Şirkət hazırda Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfeli 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon m³ duzsuz su hasil edə bilir. Bu enerji və su, dövlət müəssisələri və sənayelərin ehtiyaclarını qarşılamak üçün uzunmüddətli alıcı müqavilələri çərçivəsində, utilit xidmətlərinin xaricdən təmin edilməsi və dövlət-özəl tərəfdaşlıq modelləri altında kütləvi şəkildə təmin edilir.