AZ

Sadəcə meyvə-tərəvəz yeyərək pəhriz saxlamaq olar?

"İnsan orqanizminin sağlam olması və  xəstəliklərdən qorunması üçün balanslı, habelə müxtəlif çeşidli qidalanmağa ehtiyacı var".

Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qidalar sağlam olsa belə, digər detallara da fikir vermək lazımdır:

"Yəni qidanın miqdarına, nə ilə və hansı saatda yediyimizə də diqqət etməliyik. Lakin bəzi insanlar bir çox yeməkdən imtina edərək sadəcə meyvə-tərəvəzlərlə qidalanırlar. Hərçənd ki, bu, tamamilə səhv qərardır".

361666

Ekspert bunun səbəblərindən də bəhs edib:

"İnsanın davamlı olaraq sadəcə meyvə-tərəvəz qəbul etməsi zərərlidir. Çünki bu, orqanizmin bütün qida maddələrini təmin etmir. Bu, orqanizmdə lazım olan zülalların, protein dəyərli qidaların, yağların, habelə bir çox vitamin və mineralların çatışmamazlığına gətirib çıxarar. Üstəlik, sadəcə meyvə-tərəvəzlə gündəlik enerji ehtiyacını tam ödəmək mümkün deyil".

Mütəxəssisin sözlərinə görə, bu, yorğunluğa, zəifliyə, müəyyən xəstəliklərə səbəb ola bilər:

"Xüsusilə də metabolizma problemləri olan şəxslər uzun müddət sadəcə meyvə-tərəvəz qəbul etsə, orqanizmlərində maddələr mübadiləsinin sürəti dəyişər. Bu, hər insana fərqli formada təsir edir. Məsələn, bəzi insanlar qeyri-sağlam şəkildə sürətli şəkildə kilo verir, bəziləri isə artıq çəki almağa başlayır.

Müəyyən qidalara məhdudiyyətlər tətbiq etmək orqanizmin aldığı zövqlərdən uzaqlaşmasına səbəb olur. Bu isə depressiyaya, enerji azlığına və ruh düşkünlüyünə gətirib çıxara bilər. Qidalanmanın pozulması da problem yarada bilər". 

Məhsəti Hüseynova qeyd edib ki, yanlış pəhrizlərə üz tutmaq əvəzinə daha çox balanslı, çox çeşidli və bütün qida maddələrini ehtiva edən qidalardan qəbul etmək lazımdır: 

"Günlük qidalarımızda mütləq şəkildə karbohidratları, sağlar yağları, zülalları, vitamin və mineralları təmin edən qidalar olmalıdır. Eyni zamanda, gündəlik sudan istifadə etməyi də qətiyyən unutmamalıyıq".

Pərviz

Seçilən
37
hit.az

1Mənbələr