AZ

Bu ölkədə nazirliklərə kiberhücum edilib

Cənubi Koreya Müdafiə və Ətraf Mühit Nazirliyi də daxil olmaqla bir çox nazirlik saytlarının kiberhücuma məruz qaldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreyada nazirliyin rəsmisi verdiyi açıqlamada noyabrın 5-i çərşənbə axşamı saat 17:30 radələrində Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücum edildiyini açıqlayıb.

Rəsmi nazirliyin DDoS (distributed denial of service) hücumuna məruz qaldığını və bu hücuma görə saytın bir müddət xidmətdən kənar qaldığını bildirib.

Cənubi Koreya İnformasiya Resursları Xidmətinin rəsmisi ölkədəki bir çox nazirliklərin internet saytlarına kiberhücumlar edildiyini açıqlayıb və “Hücumlar artıq bitmiş kimi görünür, amma tam bitmədiyi üçün işimizi davam etdirəcəyik" deyib.

Nazirlik internet saytlarına kiberhücumların adi hal olmadığını bildirən rəsmi, hücum edənlərin İP ünvanlarının bloklandığını açıqlayıb.

Baş Qərargahın internet saytında əlaqə problemi yaşandıqdan sonra Kiber Əməliyyatlar Komandanlığı məsələni araşdırmağa başlayıb.

Səlahiyyətlilər hücumun arxasında kimin ola biləcəyini araşdırır.

Cənubi Koreyanın kibertəhlükəsizliyə nəzarət orqanı Şimali Koreyadan mümkün kiberhücumlara qarşı xəbərdarlıq edib və yerli təşkilatları və biznesləri məlumatların qorunmasına hazırlıqlarını artırmağa çağırıb.

Seçilən
46
2
cebheinfo.az

5Mənbələr