AZ

Əliyevin dəhlizlə bağlı təklifinə Ərdoğandan cavab: "Hazırıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün nəqliyyat dəhlizləri, xüsusilə də Orta Dəhlizdən istifadə etmək və inkişaf etdirmək lazım olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən sammitində danışıb.

“Şuşa sammitində Azərbaycan Prezidenti İlham Əliyev Orta dəhlizdən səmərəli istifadə üçün xüsusi nümayəndə təyin etməyi təklif edib”, - Türkiyə lideri xatırladıb.

Ərdoğan bu rolda Türkiyənin namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. O, həmçinin TDT üzvlərinin 1.2 trilyon dollar səviyyəsində ticarət imkanlarının olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
28
teleqraf.com

1Mənbələr