AZ

Avropa İttifaqı belə qərarlarla özünü beynəlxalq proseslərdən kənarda buraxır- ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Layenin BMT-nin builki COP29 sammitində iştirak etməyəcəyi açıqlanıb. Ursula fon der Layen və Avropa İttifaqının COP29-a qatılmamaq qərarının, Avropa İttifaqının qlobal iqlim böhranı və digər beynəlxalq problemlər qarşısında məsuliyyətdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər. Bəs bu, Avropa İttifaqının dünya ictimaiyyətində imicinə necə təsir edə bilər?

"COP29 tədbirinin yüksək səviyyədə keçiriləcəyi artıq qətiyyən şübhə doğurmur. Azərbaycan dövləti bu tədbirin uğurlu keçirilməsi üçün bütün imkanlarını, resurslarını istifadə edib. Artıq son mərhələdir, hazırlıq yekunlaşmaq üzrədir və bir neçə gündən sonra COP29 tədbiri keçiriləcək. Bütün dünya görəcək ki, Azərbaycan belə qlobal tədbirlərin keçirilməsində böyük təcrübəyə və imkanlara malik bir dövlətdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"O ki qaldı Avropa İttifaqının və yaxud da Ursula fon der Layenin bu tədbirdə iştirakdan yayınmasına, bu, təbii ki, onların öz seçimidir. Avropa İttifaqı belə qərarlarla özünü beynəlxalq proseslərdən kənarda buraxır. Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün rəsmi Bakıya təzyiq göstərmək qətiyyən mümkün deyil. Rəsmi Bakının mövqeyi qətiyyətli, prinsipialdır və Cənubi Qafqazdan kənar qüvvələrin bu regionu özünün geopolitik poliqonuna çevirmək niyyətlərinə imkan verəcəyi qətiyyən inandırıcı deyil. Azərbaycan Cənubi Qafqazın xarici güclərin geopolitik poliqonuna çevrilməsinə imkan verməz".

Ekspert qeyd edib ki, hazırda COP29 üzərindən Azərbaycana təzyiqlər çox məntiqsiz, absurd və uğursuz bir seçimdir. Azərbaycanla əməkdaşlıq etmək onlar üçün daha sərfəli olar. 

"Avropa İttifaqı onu da unutmamalıdır ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələləri üzrə ən etibarlı tərəfdaşıdır. Avropa İttifaqının Azərbaycana böyük ehtiyacı var. Belə addımlarla rəsmi Bakı ilə münasibətlərini korlaya bilərlər. Ancaq Avropa İttifaqında Fransa təsirinin daha ön planda olması ermənipərəst mövqeyi də qabarıq şəkildə büruzə verir. Belə anlaşılır ki, Avropa İttifaqı ermənipərəst mövqe üzərindən Cənubi Qafqaza yerləşməyə cəhd göstərir ki, bunun da mümkün olmayacağı artıq aydınlaşmağa başlayıb. Ümumiyyətlə, Avropa İttifaqı son vaxtlar özünün beynəlxalq mövqelərini sürətlə itirməyə başlayıb və əgər belə siyasi kurs tutularsa, yaxın gələcəkdə Avropa İttifaqı, ümumiyyətlə, dünya siyasət məkanında öz təsirini itirmiş bir beynəlxalq quruma çevriləcək. İndiki nüfuzundan əsər əlamət qalmayacaq. Nəzərə almaq lazımdır ki, BRİKS artıq tədricən Avropa Birliyinə alternativ rolunu oynamağa başlayıb və Avropa siyasi qurumları da bu önəmli prosesi nəzərə almalıdırlar. Əgər belə davam edərlərsə, yaxın gələcəkdə Avropa İttifaqı yalnız ABŞ-dan asılı olmaqla qalmayıb, ümumiyyətlə öz təsir gücünü tamamilə itirə bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr